Parlamentin açılış iclasında “kitabı bağlanan” icra başçıları – İlham Əliyev nəyin anonsunu verdi?

Parlamentin açılış iclasında “kitabı bağlanan” icra başçıları – İlham Əliyev nəyin anonsunu verdi?

Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışı bir sıra aspektdən yeniləşən Azərbaycan üçün "yol xəritəsi” hesab edilə bilər. Ölkə başçısı nitqində parlament-hökumət əlaqələrinin qurulmasından tutmuş, yerlərdə vətəndaşa göstərilən haqsızlıqlara qədər geniş problemlər siyahısından və bu kimi hallara qarşı mübarizıə tədbirlərindən bəhs etdi.


Sfera.az bildirir ki, həmin nitqi yerlərdəki vəzifə səlahiyyətlərini aşan məmurlar üçün "əcəl zəngi” də saymaq olardı. Ölkə vətəndaşlarına ictimai nəzarətin təşkili ilə bağlı müraciət edən prezident bununla həm də istənilən halda hüquqları pozulanların yanında olduğunu sərgiləmiş oldu: "Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər”.

 

Dövlət başçısı mövcud çatışmazlıqları sadalamaqla kifayətlənməyərək bundan çıxış yollarını da göstərdi. Parlament tribunasından bəyan etdi ki, vətəndaş heç nədən çəkinməyərək üzləşdiyi haqsızlılarla bağlı şəxsən ona müraciət etsinlər. Bu həm də yerlərdə sakinləri prezidentin də ifadə etdiyi kimi qul kimi əzməyə çalışan xırda məmurlar üçün tutarlı sillə idi. Bu zərbədən özünə yığışmayanların isə cəzasının daha böyük olacağı şübhəsizdir. Hər halda təkcə son dövrün olayları buna şübhə yeri qoymur.


Prezident isə cəza tədbirlərindən öncə məmurlara bəlkə də sonuncu xəbərdarlığını, vətəndaşlara isə növbəti dəfə "mən sizinləyəm” mesajını yollamış oldu:

"Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı”.

 

Təcrübə göstərib ki, prezident İlham Əliyevin bu qəbildən olan xəbərdarlıqları sonradan ciddi cəzalanmalar və kadr islahatları ilə müşaiyyət olunub. Yeniləşmənin tələblərinə cavab verməyənlərin vəzifədən alınmaları və ya cəzalandırmaları haqda çoxsaylı faktlar bunun təsdiqidir.

 

Odur ki, prezidentin Milli Məclisin açılış iclasındakı nitqini həm də bəzi icra başçılarının sonu kimi dəyərləndirmək olar. Onların kimliyinə gəlincə isə tələsməyək. Gözləməyə dəyər, maraqlı proseslər olacaq.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDİR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir. ...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...