\"Ordumuz sarsıdıcı zərbələr vurmaqla və düşmən mövqelərini darmadağın etməklə gücünü bir daha göstərdi\"-Deputat

\
 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 əsgər isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

 

Bu barədə deputat Azər Badamov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Ordumuz dünyanın ən güclü orduları sırasındadır və bu gün qarşısına qoyduğu hər bir tapşırığı icra etmək iqtidarındadır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun gücünü əməldə sübut edib:

"İyulu 12-də ermənilərin Tovuzda təxribat törətmək istəklərinin qarşısını da rəşadətli ordumuz qətiyyətlə aldı. Təəssüf ki, şəhidlərimiz də oldu. Amma ordumuz sarsıdıcı zərbələr vurmaqla və düşmən mövqelərini darmadağın etməklə bir daha gücünü göstərdi.
Düşmən tərəfdən ölənlərin sayı dəfələrlə çox oldu. Bu gün Azərbaycan ordusu hədəfi dəqiq vuran müasir silahlarla təchiz olunub. Son vaxtlar Azərbaycan Ordusunda mütəmadi keçirilən hərbi təlimlər, şəxsi heyətin müasir texnikalara sahib olması və peşəkarlığı düşmənin hər bir təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə qadir etmişdir.

Ən əsası da xalqımız orduya dəstək verməyə hazırdır və hamı silaha sarılaraq döyüşə getmək üçün Ali Baş Komandanın əmrini gözləyir. O cümlədən bu işdə ölkəmiz xaricdən dəstəklənir, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu bildirir. Burda bir sual yaranır. Paşinyan Azərbaycanın hərbi və iqtisadi gücünü bilə-bilə niyə təxribata əl atır?

Düşünürəm burda bir neçə səbəb var. Birincisi, ermənilər koronavirusun içində boğulur, ölkədə işsizlik, səfalət günü-gündən artmaqdadır. Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi. Amma heç birinə əməl edə bilmədiyindən, ölkəsində yaranmış narazılıqları sakitləşdirmək üçün Dağlıq Qarabağa etdiyi səfərlərin heç bir nəticəsi olmadığından sərhəddə təxribatlar törətməklə daxili auditoriyanını sakitləşdirmək istəyir.

Niyə görə sərhəddə? Ona görə ki, Paşinyan yaxşı bilir ki, işğal altındakı torpaqlarda təxribata əl atarsa Azərbaycan ordusunu dayandıra bilməyəcək. Çünki Azərbaycan ordusu düşmənin Dağlıq Qarabağda belə bir addımını gözləyir ki, geniş hərbi əməlliyatlara başlasın. Paşinyan yaxşı bilir ki, Dağlıq Qarabağda hərbi əməlliyatlar başlansa, bu, işğalın sonu deməkdir və dünya da Azərbaycanın tərəfindədir. Ona görə də təxribata sərhəddə cəhd etdi ki, Ermənistan KTM-in üzvü olduğundan Azərbaycan Ermənistan torpaqlarına daxil olarsa KTM-ə yalvara bilsin.

İkincisi , Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük benəlxalq təşkilatı olan BMT-nin xüsusi sesiyası çağırılır. Ermənistan əvvəl bu sesiyanın çağırılmasına etirazını bildirməklə özünü biabır etdi. İndi də hərbi təxribatlar törətməklə BMT-nin xüsusi sesiyasının təşəbbüskarı olan Azərbaycanın imicinə xələl gətirmək istəyir. Amma hərbi əməliyyatların gedişatı Paşinyanı yenə pis duruma salmış oldu.

Üçüncüsü, bu günlərdə BMT-nin "Davamlı inkişaf hesabatı-2020" də Azərbaycan 100 baldan 72,6 balı yığaraq 54-cü yerə layiq görülməklə regional liderə çevrilmişdir. Azərbaycanın belə yüksək bir uğura imza atmasına düşmənin sərhəddə təxribata əl atmaqla gözü götürməməzliyin, qısqanclığın və paxıllığın ifadəsi kimi başa düşürəm. Azərbaycanın uğurları düşmən ölkədə də xalqının hökumətə etirazını və narazılığını artırır.

Düşünürəm biz bu məsələyə səbrlə yanaşaraq düzgün gediş etməliyik. Şahmat taxtası arxasında oturan oyunçulardan daha səbrli olanı qalib gəlir. Biz, bu illər ərzində səbrli olmuşuq və düşmənin təxribatına aldanaraq səhv gediş etməməliyik. Biz, münaqişənin həllində beynəlxalq müstəvidə uğur qazanmışıq. Dünya bizi dəstəkləyir, münaqişənin ölkəmizin sərhədləri çərçivəsində həll olunmasını dəstəklədiyini ifadə edir. Düşmənə qarşı elə bir gediş etməliyik ki, o gediş işğalın sonu olsun. Təbii ki, bu gedişin qəhrəmanı rəşadətli Azərbaycan Ordusu olacaqdır".


OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...