Onları siz də tanıyın - VİDEO

Onları siz də tanıyın -  VİDEO

I və IV ixtisas qrupu üzrə 9 nəfər 700 bal toplayıb

I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı. İmtahanda 9 nəfər maksimum nəticə göstərdi, yəni 700 bal topladı. Vunderkindlər bakı, sumqayıt, naxçıvan, bərdə və zaqatala məktəblərinin məzunlarıdır. Onlardan ikisi ilə sizi tanış edəcəyik

Öyrəndiklərindən sınağa çəkildilər və ən yüksək nəticəni əldə etdilər. Abbasov Nihad və İsmixanov Teymur I qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıblar. İsmixanov Teymur deyir ki, o həm dərslərinə, həm də istirahətinə eyni vaxt ayırıb

Teymur Azərbaycan diplomatik Akademiyasını seçməyi düşünür. O, təhsilini ikinci kursdan xarici ölkərin birində davam etdirmək arzusundadır. Teymurun qalibiyyətinə valideynləri təəccüblənməyib. Teymur məktəbə hazırlaşanlar üçün də bəzi məsləhətlər verib

Çempionlardan biri də Qubadlı rayonun Aşağı Mollalı kənd məktəbinin məzunu Nihad Abbasovdur. Nihad 700 bal toplayacağına öncədən əmin imiş. O, 9-cu sinifi fərqlnəmə, 11-ci sinifi isə əla qiymətlərlə bitirib. Nihadın həm anası, həm də müəlliməsi Sevinc Həmzətovanın da sevincinin həddi hüdudu yoxdur. Nihad artıq oxumaq istədiyi universiteti də seçib Nihad magistr təhsilini xaricdə almaq istəyir.

Digər vunderkindlər isə Məcidov Nurlan, Abduyev Firuz, Məmmədli İsa, Mahmudova Asya, Həsənli Arzu Və Əliyeva Nərmindir. Ümumilikdə maksimum bal toplayan abituriyentlər Bakı, Sumqayıt, Naxçıvan, Bərdə və Zaqatala məktəblərinin məzunlarıdır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...