\"Nissan\" 10 mindən çox işçisini ixtisar edəcək

\
 

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor Co" şirkəti dünya üzrə 10 mindən çox işçisini ixtisar etməyi planlaşdırır.

"APA-Economics"in "Kyodo News"a istinadən verdiyi məlumata görə, cari ilin may ayında avtomobil istehsalçısı ixtisar olacaq işçilərin sayını 4,8 min olacağını elan etmişdi. Göründüyü kimi, ixtisarın miqyası gözləniləndən də iri olacaq. İşçilərin əlavə ixtisarı həmçinin "Nissan"da çalışan əməkdaşların vaxtından əvvəl təqaüdə çıxması hesabına da həyata keçiriləcək. Şirkətin ixtisar haqqında rəsmi olaraq iyulun 25-də elan edəcəyi gözlənilir.

Güman edilir ki, ixtisarlar "Nissan"ın Cənubi Amerika və digər regionlardakı rentabelli olmayan bəzi zavodların personalını da əhatə edəcək. Bunun müqabilində şirkət Yaponiyada istehsalı optimallaşdırmağı düşünür.

 

Qeyd edək ki, 2018-ci maliyyə ilində "Nissan”ın satışları 4,4% azalaraq 5,52 mln. ədədə, o cümlədən ABŞ-da 9,3% azalaraq 1,44 mln. ədədə, Avropada isə 14,9% azalaraq 643 min ədədə düşüb.


OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...