İdman

Nikola Vlaşiç: "Qapımıza gözəl qol vurdular"

Nikola Vlaşiç:

"Böyük şanslarımız olsa da, yararlana bilmədik. Buna rəqib qapıçı imkan vermədi. Sonradan onlar daha sərbəst çıxış etdilər. Biz isə "boz sahə"yə düşdük. Oradan çıxmaq isə çətin idi. Nəticədə qapımıza gözəl qol vurdular".

Sfera.az bildirir ki,  bunu Xorvatiya yığmasının futbolçusu Nikola Vlaşiç Bakıda Azərbaycan milli komandası ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra deyib. Rusiya MOİK-ində çıxış edən 22 yaşlı yarımmüdafiəçi işləri özlərinin çətinə saldığını bildirib: "Əvvəllər də komandamız burada xal itirmişdi. Meydan sahibləri qanadlanmışdılar. Daha 2 qol vursalar da, sayılmamışdı. Məyusuq, amma hər şey öz əlimizdədir".

Vlaşiç Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxışından da danışıb: "Zərbələrimizdən biri tam hədəfə doğru gedirdi. Amma o, topu tutdu. Rəqib qapıçı həmişə lazımi yerdə idi. Sadəcə, özümüz-özümüzü belə vəziyyətə çatdırdıq. Baş məşqçimiz bizə oyuna köklənməyi və ehtiyatlı olmağı tapşırmışdı. Amma asan işimizi çətinləşdirdik. Splitdə Macarıstanla keçirəcəyimiz növbəti görüşü səbirsizliklə gözləyirəm".


XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30