“Nikahların pozulmasına çox vaxt \"Facebook\", sms-lər səbəb olur\" - Hadı Rəcəbli
12:53 / 23.05.2018
1549
"Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.
APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
O bunu acınacaqlı hal adlandırıb.
Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.
H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: "Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.
Sfera.az