“Nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarı yoxdur ki…” – MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ

“Nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarı yoxdur ki…” – MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ
 Baş nazir Əli Əsədov dövlət qurumlarının rəhbərlərinə məktub göndərərək vətəndaşların qəbulu ilə əlaqədar bir sıra qaydalar müəyyən edib. Yeni qaydalara əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılıb, qərara alınıb ki, vətəndaşların müraciətləri yalnız elektron və telefon vasitəsilə qəbul edilsin. Bu gün Parlament rəhbərliyi də analoji çağırış etdi, komitələrin iclasları təxirə salındı. Habelə Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edərək qeyd edilən qaydaların pozulmasına görə sanksiyaları sərtləşdirdik.
 
Sfera.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
 
"Bilirsiniz ki, bu həftə rayona gəlməli idim. Lakin yuxarıda qeyd etdiyim səbəblərdən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın icazəsinə qədər görüşlərimizi təxirə salmalıyıq. Yəni, nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarımız yoxdur ki, bu qaydaları pozaq. Lakin hamızın bilirsiz ki, "Facebook”-da aktivəm, habelə telefonlarım da daim açıqdır.
 
Ona görə də sözü olan, şikayəti olan hər kəs "Facebook” üzərindən müraciət edə, habelə zəng vura bilər. Yəni mənim əlçatanlığımla bağlı problem yoxdur ola da bilməz. Hər birinizdən xahiş edirəm, bu çətin günlərdə birlik nümayiş etdirək, səbrli təmkinli olaq, qaydalara ciddi əməl edərək bu müvəqqəti çətinlik dövründə özümüzü, ailəmizi, yaxınlarımızı riskə atmayaq, eyni zamanda da işimizi də axsatmayaq.
 
Əziz həmvətənlərimiz, fürsətdən yararlanaraq ilaxır çərşənbənizi təbrik edir, hər bir soydaşımıza, başda dövlətimizin rəhbəri və onun ailəsi olmaqla hər bir azərbaycan ailəsinə ruzi, bərəkət, firavan, sağlam həyat arzu edirəm! Allah Azərbaycanımızı qorusun!”-deyə, o, əlavə edib.

OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...