“Nazpəri Marksdırmı, Lenindirmi?” - Xalq artisti ilə bağlı şok sözlər

“Nazpəri Marksdırmı, Lenindirmi?” - Xalq artisti ilə bağlı şok sözlər

Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qadınlarla bağlı açıqlaması qalmaqala səbəb olub.

"Qızımın olmasını çox istəyərdim. Xasiyyətim pisdir deyə, yəqin ki, Allah verməyib. Qız uşağına qarşı çox qısqancam. Onu bir dəqiqə də nəzarətsiz buraxma. Bəlkə də universitetə getməyə də qoymazdım. Rəfiqələrinin olmasına, gəzməsinə icazə verməzdim”, - deyən müğənninin sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə onu qadınların təhsil almasına qarşı çıxmaqda ittiham ediblər.

Məsələ ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudovla əlaqə saxladıq. "Yeni Sabah”a R. Mahmudov qadınların oxumağının, savadlı olmasının vacibliyini qeyd edib:

"Bir artist deyibsə, nə olacaq? O, Marksdırmı, Lenindirmi, Engelsdirmi, Stalindirmi ki, ondan sitat gətirirlər? Bu saat oğlanlardan çox qızları oxutmaq lazımdır, qızlar anadır. Uşağa tərbiyə verən, bütün övladları böyüdən də anadır. Ana savadlı olmalıdır ki, övladına tərbiyə verə bilsin, ağıl versin, övladını inkişaf etdirə bilsin.  Nə qız, nə oğlan? Gülməli şeylərdir bunlar. Cəmiyyət hara  gedir, mən bilmirəm. 

Bir onu bilirəm ki, birinci kişilər bilsinlər, bizim bütün millət bilsin ki, qadın savadlı olmalıdır.  Ona görə də qadını oxutmaq lazımdır. Necə yəni, qadını oxutmaq olmaz? Nədir, Fatmanisə olacaq qadın? 21-ci əsrdir. Sadəcə ayıbdır. Çox ayıbdır. Onu kim deyirsə,  deməli onun özü də oxumayıb. 

Demirəm ki, oxumayanlar pisdir. Bizim  nənələrimiz, analarımız olub ki,  onlar da oxumayıb. Mənim anam da oxumayıb, 6 uşağı olub, kəndçi olub. Amma o savadsız qadın  6 uşağın 6-nı da oxudub, ali təhsil verib. Bunları demək  ayıb şeydir. Birinci qızlar oxumalıdır. 

Mən buradan millətimə səslənirəm, övladlar içərisində birinci  qızları oxutdurun! Qızları savadlı edin, o ana olacaq.  Onun  savadlı olması millətimizin savadlı olmasıdır. Bizim başımıza nə bəlalar gəlirsə, hamısı savadsızlığımızın ucbatından gəlir. Qızlara ali təhsil vermək lazımdır. Oxumaq üçün hara istəyirsə,  qoy oraya getsin. Lap xaricdə oxusunlar, fərq etməz. Ayıbdır. Belə şeyləri heç gündəmə çıxarmaq lazım deyil.  Bizim  millət bilməlidir ki, qadın kişidən savadlı  olar. Kişi fəhlə də işləyə bilər, hər şey ola bilər, amma qadın mütləq savadlı olmalıdır”. 

Mövzu ilə bağlı təhsil eksperti, əməkdar müəllim Asif Cahangirovla da əlaqə saxladıq. O, xanım ifaçının səhv dediyini bildirib:

"Bu mənim üçün çox primitiv məsələdir. Bir axmaqlıqdır edib. Bunu sensasiya etmək lazım deyil. Deyib, deyib də, cəhənnəmə desin. Əlbəttə ki, səhv edib. Heç bir şey etməyib ki, bir sözdür də deyib, ağzından çıxıb. Özü də başa düşür ki, səhv edib”.


OXŞAR XƏBƏRLƏR

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...