MSK REAL-çı namizəd Natiq Cəfərlinin şikayətini təmin etdi

MSK REAL-çı namizəd Natiq Cəfərlinin şikayətini təmin etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərovun və Elman Quliyevin  müraciətinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

"Natiq Cəfərov və Elman Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. Natiq Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib. DSK-nın mübahisələndirilən qərarları da araşdırmaq üçün götürülüb. DSK qeyd edilən qərarlarını onunla əsaslandırıb ki, araşdırma zamanı müraciətdə qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmadığından həmin şəxslərin müraciəti təmin edilməyib. MSK tərəfindən müraciətdə mübahisələndirilən seçki məntəqələrinin protokolları DSK-dan alınaraq, müqayisəli araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Natiq Cəfərov tərəfindən təqdim edilən 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir. Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki,  qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27,  28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”. Qasımov isə bildirib ki, 13, 14, 31 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: "Ona görə də təklif edirəm ki, bu məntəqələrdə də səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 6, 9, 10, 13, 14, 23, 25, 27,  28, 29, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb və müraciət qismən təmin edilib.

Qeyd edək ki, bu dairədə lider namizəd Səbinə Xasıyevadır. 


OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...