Mobil oyunlara milyardlarla dollar xərclənir

Mobil oyunlara milyardlarla dollar xərclənir
2021-ci ilin birinci yarısında qlobal səviyyədə mobil proqramlara və oyunlara 64,9 milyard dollar xərclənib.
 
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, bu istiqamətdə xərclənən vəsait ötən ilin birinci yarısına nisbətən 24,8 faizdən çox artıb.
 
Pullu yükləmələrin böyük hissəsi "App Store”nin payına düşür. Yükləmələrə "App Store”də 41,5 milyard dollar, "Google Play Store”də 23,4 milyard dollar xərclənib.
 
2021-ci ilin birinci yarısında 72,5 milyard dəfə mobil proqram və oyun yüklənib. 2020-ci ilin birinci yarısında bu göstərici 71,3 milyard idi.
 
Mobil yükləmələrə çəkilən xərcin 44,7 milyard dolları oyunların alınmasına sərf edilib. Ötən illə müqayisədə mobil oyunlara çəkilən xərc 18 faiz artıb. Oyunların 26 milyard dollar "App Store”dən alınıb. "App Store”də oyunlara çəkilən xərc 13,5 faiz artıb. "Google Play Store”dən alınan oyunların dəyəri isə 24,7 faiz artaraq 18,7 milyard dollara çatıb.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR