MM Xəqani Abdullayevi vəzifədən azad etdi

MM Xəqani Abdullayevi vəzifədən azad etdi

Milli Məclisinin bu gün keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlərin siyahısı açıqlanıb.

Sfera.az Milli Məclisin saytına istinadən xəbər verir ki, iclasda 34 məsələ müzakirə olunacaq.

Müzakirə ediləcək məsələlər içərisində Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclis qərarının layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi, Prezident İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin və imzalanan digər sənədlərin təsdiq edilməsi, "Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə qanununun layihəsi, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və s. hökumətlərarası müqavilələrin, o cümlədən qanunvericilikdəki dəyişikliklərin təsdiqi nəzərdə tutulur.

Qeyd edək ki, Xəqani Abdullayev 12 sentyabrda vəzifədən azad edilib və bu gün MM onun vəzifədən azad edilməsini təsdiqləyəcək.

***

Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilməsi təsdiqlənib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...