Hadİsə

Mingəçevirdə yaşayış binasında YANĞIN: 1 nəfər öldü, 4-ü tüstüdən zəhərləndi

Mingəçevirdə yaşayış binasında YANĞIN: 1 nəfər öldü, 4-ü tüstüdən zəhərləndi
Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

Hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır./Report

AdRiver

XƏBƏR LENTİ