Millimiz Sloveniyaya qalib gəldi

Millimiz Sloveniyaya qalib gəldi

Rumıniyanın paytaxtı Buxarest şəhərində 19 yaşadək qızlar arasında keçirilən futbol üzrə UEFA İnkişaf Turniri davam edir.

Report xəbər verir ki, 2-ci turda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Sloveniya millisilə qarşılaşıb. Görüşün əvvəlində yığmamız hesabda geridə olsa da, sonda komandamız təşəbbüsü ələ alıb və oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə ev sahibi Rumıniya Türkiyə millisini sınağa çəkib. Məhsuldar keçən oyun 8:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, iyunun 12-də baş tutacaq son turda Azərbaycan millisi Türkiyə, ev sahibi Rumıniya isə Sloveniya ilə qarşılaşacaq. 


OXŞAR XƏBƏRLƏR