Milli Məclis dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır - Dolar ödənişində yeni qaydalar

Milli Məclis dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlanır - Dolar ödənişində yeni qaydalar
 
Milli Məclisin üzvləri dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır. Bu barədə Movqe.az-a millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
V. Əhmədov hələki təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini, təqdim edildikdən sonra açıqlanacağını söyləyib: "Hazırda biz dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq. Təkliflər təqdim olunduqda bu barədə mətbuata məlumat veriləcək".
 
 
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli isə Movqe.az-a açıqlamasında təkliflərin bir hissəsinin aşağıdakılardan ibarət olduğunu söyləyib. Biz təklifləri elə hazırlamışıq ki, keçərli olsun. Təkliflərimiz dollar kreditlərinin qaytarılması ilə bağlıdır. Dollar kreditləri sistem məsələsidir. Ona görə də bu məsələyə sistemli yanaşmaq lazımdır. Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq, problemi çətinləşdirmək deməkdir. İndiki vəziyyətdə demək olar ki, devalivasiyadan sonra dollar kreditlətinin qaytarılmasında əsas çətinlik xalqın üzərindədir. Xalq da qaytarmaqda çətinlik çəkir. Tutaq ki, 160 manat alan pensiyaçı, aldığı təqaüddən devalivasiyadan əvəl 60 manat dollar krediti ödəməyə sərf edirdisə, devalivasiyadan sonra bu məbləğ 120 manata qalxıb. Pensiyaçı üçün isə yaşayış minimumu 115 manatdır. Faizləri də ödəyəndə yerdə 40 manat qalır. Bu düzgün deyil. Dollar kreditlərinə güzəşt məsələsinə gəldikdə, banklar deyir dövlət zərəri qarşılasın, dövlət qurumları da deyir ki, indiyədək banklar yüksək faizlə kredit verib yüksək gəlir əldə etdiklərindən, özləri güzəştə getsin. Ona görə də biz təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi bank üzərinə götürsün. Beləcə dörd bucaq yaransın. Çünki, dolların məzənnəsinin gələcək aqibəti hələ dumanlıdır. Biz təklif edirik ki, 1000 dollara qədər kreditlərlə bağlı, təhlil aparılsın. Məsələn əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır. Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər, 1 manat 5 qəpiklə qaytarılsın. Əvvəl bunun üçün 250 milyon vəsait tələb olunurdusa, hazırda bu məbləğ olsun 280 milyon. Bu da o qədər böyük bir məbləğ deyil. Təklifin ikinci hissəsi isə 5 mindən yuxarı olan dollarla olan kreditlərlə bağlıdır ki, bunun üçün də müxtəlif təcrübələrdən yararlanaraq güzəştlərin tətbiq edilməsi mümkündür. Biz təklif edirik ki, 5 min dollardan yuxarı olan kreditlər üçün orta məzənnə tətbiq edilsin. Yaxudda o kreditlər hansısa formada manata çevrilsin yaxudda dollsara nisbətdı sabit bir məzənnə müəyyənləşdirilsin ki, gələcəkdə əlavə problemlər yaranmasın. 1,2 və ya 1,25 məzənnə ilə hesablansın. Bu 5 mində yuxarı olan dollar kreditləri ilə bağlı təklifimizdir. Ola bilər ki, müddəti uzadılsın. Bizim dollarla bağlı ünvanladığımız təkliflərdən də bura əlavə edəndə, fikrimizcə ortaq məxrəcə gələrək dollarla kreditlərin qaytarılmasında yaranmış çətinliyi aradan qaldırmaq olar".
Ə. Məsimli yaxın vaxtlarda təkliflərin aidiyyatı qurumlara təqdim olunacağını da söyləyib.

OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...