Cəmİyyət

Metroda qatarların hərəkəti bərpa olundu

Metroda qatarların hərəkəti bərpa olundu
Təxminən 40 dəqiqəyə yaxındır ki, Bakının bəzi əraizlərində işıqlar sönüb. İşqıların sönməsi Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətində də problemlərə səbəb olub. 16:10-dan etibarən bənövşəyi xəttdə olan "Memar Əcəmi” və "Avtovağzal” stansiyasında gərginliyin olmaması səbəbindən bu stansiyalara giriş dayandırılmışdı. 

"Bakı Metropoliteni"ndən saytımıza verilən məlumata görə, hazırda isə hər iki xəttə giriş mümkündür. 16:30dan etibarən problem aradan qaldırılıb.
"Məsələ ilə bağlı yaranacaq hansısa problemlə əlaqədar Bakı  Nəqliyyat Agentliyi gücləndirilmiş rejimdə işləyəcək". 

Bu haqda qurumun mətbuat katibi Mais Ağayev Sfera.az-a açqılamasında deyib. O qeyd edib ki, sərnişinlərin rahatlığı üçün lazım olacaq bütün tədbirlər görüləcək. 

Nigar Məhərrəm
Sfera.az

XƏBƏR LENTİ