Dünya

“Məsumam, Türkiyəni sevirəm, bəraətimi istəyirəm” - Branson

“Məsumam, Türkiyəni sevirəm, bəraətimi istəyirəm” - Branson
Türkiyədə mühakimə olunan amerikalı keşiş Endrü Branson dördüncü məhkəmə iclası üçün İzmir məhkəməsi qarşısına çıxarılıb.

Sfera.az xəbər verir ki, prokuror Branson barəsində ədliyyə nəzarəti qərarının ləğv edilməsini və müttəhimə 10 il həbs cəzasının verilməsini istəyib. Ədliyyə nəzarətinin götürülməsi Bransonun ev həbsinin başa çatması mənasına gəlir.

Prokurorun ittihamı oxumasından sonra söz verilən Branson bunları deyib:

"Məsumam, Türkiyəni sevirəm, bəraətimi istəyirəm”.

Məhkəmə qərar üçün fasilə verib.

Bu gün aparılan məhkəmədə şahidlər də dinlənilib. Şahidlərdən üçü Branson əleyhinə verdiyi ifadələri dəyişdiriblər. Şahidlər Bransonu ittiham edən köhnə ifadələrini dəyişdirərək, iddialarından imtina ediblər.

Rəsul
Sfera.az

 
AdRiver

XƏBƏR LENTİ