Messiyə 2 aylıq qadağa

Messiyə 2 aylıq qadağa

"Barselona" - nın Argentinalı hücumçusu Lionel Messinin son durumu müəyyənləşib.“Qafqazinfo” xəbər verir ki, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas" - a qarşı oyunda zədə alan Argentinalı tibbi müayinədən keçib. Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 

Qeyd edək ki, L.Messi "Las Palmas" - a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.

Aysel


OXŞAR XƏBƏRLƏR