Mərhum Xalq artisti ilə vida mərasimi keçiriləcək

Mərhum Xalq artisti ilə vida mərasimi keçiriləcək

 

Xəbər verdiyimiz kimi, Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq  artisti, "Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Qədir oğlu Zülfüqarov avqustun 31-də vəfat edib. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, bəstəkarla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.

Onun iki simfoniyası, violonçel, fleyta  və simfonik orkestr üçün konsertləri, "Şənlən mənim xalqım” uvertürası, "Qız ulduz”, "Pişik və sərçə” nağıl-operaları, "Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. 

Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı "Oxuyur Aysel” silsiləsi, "Telefon”, "Qatar”, "Ovçu”, "Gəlinciyim”, "Kim sevirsə idmanı?”, "Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub. 

 


OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...