Mənzil arzuları ürəklərində qaldı - VİDEO

Mənzil arzuları ürəklərində qaldı -  VİDEO

Pullarını ödəsələr də 8 ildir ki, mənzillərinə köçə bilmirlər.

Sfera.az xəbər verir ki, Yasamal rayonunda yeni inşa olunan binanın 100-dən çox sakini pullarını ödəsələr də 8 ildir ki, mənzillərinə köçə bilmirlər. Buna səbəb isə binada tikinti işlərinin yarımçıq dayanmasıdır. Sakinlər aidiyyatı qurumlardan problemlərinin həll edilməsi üçün kömək gözləyirlər.

On minlərlə manat pul ödəyib mənzil aldılar. Ancaq mənzil sahibi olmaq əvəzinə, müşkülə düşüblər. Söhbət Bakı şəhəri Yeni Yasamal yaşayış massivində Talıblı küçəsində "Meqa Siti Holdinq" tikinti şirkətinin 8 ildir ki, inşa edib başa çatdırmadığı binadan gedir.

Bina sakinləri bildirir ki, problemlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət ediblər və yasamal rayon icra hakimiyyətindən şirkətə bu ilin sentyabruıınadək tikintinin başa çatdırılması tövsiyyə olunub. Ancaq müddət başa çatsa da tikinti başa çatdırılmayıb.

Vətəndaşlar deyir ki, şirkətin təsisçilərindən biri Aqil qədirov hazırda həbsdədir. digər təsisçi fariz adlı şəxs isə həmin binaya cavabdeh olmadığını deyir.

Sakinlər deyir ki, belə olan halda onların məhkəməyə müraciət etməkdən başqa çarələri qalmır. Amma evin inşasının yubandığı hər ay onların maddi zərərinin artması ilə nəticələnir. //xəzərtv

Sfera.az


OXŞAR XƏBƏRLƏR