“Məmmədyarov Parisə nəbz yoxlamağa gedir” – FRANSA SƏFƏRİNƏ ŞƏRH

“Məmmədyarov Parisə nəbz yoxlamağa gedir” – FRANSA SƏFƏRİNƏ ŞƏRH
 

"Elmar Məmmədyarovun Parisdə müzakirə etməsi üçün xeyli mövzu var”.


Sfera.az-a açıqlamasında bu sözləri xarici işlər naziri Elmar Məmədyarovun Fransaya səfər etməsinə münasibət bildirərkən "Atlas” Ataşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib.


Ümumiyyətlə, həmsöhbətimizin fikrincə, Parisdə müzakirə etmək üçün mövzular genişdir: "Fransa bildiyiniz kimi, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlq edir. İqtisadi əlaqələrimiz yaxşı səviyyədədir. Paris həmçinin, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Ona görə də Məmmədyarovun Parisdə müzakirə etməsi üçün xeyli mövzu var. Amma Azərbaycanı narahat edən bir məsələ də var. Son zamanlar Fransa rəsmiləri, elə prezidentin özü də açıq şəkildə ermənipərəst mövqe sərgiləməyə başlayıblar. Bu ölkə artıq qondarma erməni soyqırımını qeyd edir. Belə vəziyyət isə Azərbaycanı narahat edir. Əslində Fransa Dağlıq Qarabağ məsələsində neytrallığını qorumalıdır. Ancaq belə addımları ilə sanki Ermənistan tərəfə addımlar atmış olur. Ona görə görüşdə bu məsələlərin də aydınlaşdırılmasına ehtiyac var. Bütün hallarda mənfi amillərə baxmayaraq Fransa Avropada ölkəmizin əsas tərəfdaşı olaraq qalır”.


E. Şahinoğlu səfər çərçivəsində Fransadan silah alınması məsələsinin müzakirə ediləcəyini də istisna etmədi: "Azərbaycan son zamanlar Fransa istehsalı olan hərbi texnikaya da maraq göstərməyə başlayıb. Gələcəkdə bu istiqamətdə razılaşma olarsa, Avropa ölkəsilə hərbi əməkdaşlığı genişləndirmiş olacağıq. Fransa bildiyiniz kimi, Avropanın iki aparıcı dövlətindən biridir. Fikrimcə, səfər çərçivəsində Məmmədyarov hərbi məhsulların alınması detallarına da toxunacaq. Bu istiqamətdə geniş olmasa da, hər halda müəyyən fikir mübadiləsinin olacağını istisna etmirəm. Səfər gedişində Qarabağ problemi müzakirə predmeti olacaq. Məmmədyarov bu yöndə Parisin hansı təkliflərinin olduğunu, bu məsələdə onun nə kimi fəaliyyət göstərə biləcəyini aydınlaşdırmaq istəyir. Yəqin Elmar Məmmədyarov bununla bağlı bir nəbz yoxlanışını həyata keçirəcək”.


Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Fransa rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...