Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdi

Məhkəmə Sarqsyanın qardaşının həbsinə qərar verdi
 

Məhkəmə Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın həbsinə qərar verib.

Sfera.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Naira Arutunyan məlumat verib.

L.Sarqsyan "Şimal-Cənub" magistral yolunun tikintisi zamanı sui-istifadə hallarına yol verməkdə təqsirləndirilir.

 

Bundan əvvəl, ibtidai istintaq zamanı əldə edilmiş sübutlar əsasında L.Sarqsyan qanunsuz olaraq əldə edilən gəlirlərin leqallaşdırılmasında ittiham edilirdi.

2018-ci ilin iyulunda keçmiş prezidentin qardaşı qızı ilə birlikdə axtarışa verilmişdi. Məhkəmə L.Sarqsyan barəsində həbs qərarı vermişdi. Lakin L.Sarqsyan xaricdə yaşadığına görə, onun həbsə edilməsi mümkün olmayıb. Bəzi məlumatlara görə, L.Sarqsyan Livanda gizlənir.


OXŞAR XƏBƏRLƏR