“Mədəniyyəti və cəmiyyətə verdiyi dəyər...” - Efirə sərxoş çıxanları cəza gözləyir?

“Mədəniyyəti və cəmiyyətə verdiyi dəyər...” - Efirə sərxoş çıxanları cəza gözləyir?

Xəbər verdiyimiz kimi,  Xalq artisti Röya Ayxan dünən efirdə  bir neçə il  öncə  "Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxdığını etiraf edib: "Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin dozasını qaçırtdım. Üzr istəyirəm”.

Bəs görəsən, efirə içkili çıxmağın hansısa cəzası varmı? Xüsusilə bunu Xalq artisiti etiraf edirsə, digər müğənnilərin də belə etməyəcəyi istisna deyil. Belə halların qarşısının alınması üçün hansısa tədbir görülə bilərmi?

Mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf  Hacıyevlə əlaqə saxladıq. "Yeni Sabah”a danışan A. Hacıyev efirə spirtli içki qəbul edərək gələnlər üçün qurum tərəfindən hər hansı cəza tətbiq edilmədiyini bildirib:

"Röya Ayxan hansı televiziyada efirə çıxıbsa, bu həmin kanalın və ya röya xanımın özünün problemidir. MTRŞ həmişə televiziya və radiolarda hər hansı qanun pozuntusu olarsa, o halda onların qarşısında olur. Bu gün efirə kimin içkili çıxıb-çıxmadığını necə müəyyən etmək olar? Açığı, MTRŞ televiziya kanallarının o işinə qarışmır. Kanal kimi çağırır, necə, hansı vəziyyətdə çağırır, bu onların özünün işidir. MTRŞ televiziya kannallarının peşə yaradıcılığına qəti qarışmır”. 

Tanınmış hüquqşünas, media üzrə ekspert Ələsgər Əhmədoğlu efirə sərxoş çıxmağın hüquqi  məsuliyyəti olmadığını bildirib:

"Burada söhbət  efirə hansı  formada çıxmaqda yox, efirdə nəyi nümayiş etdirməkdədir. Başqalarına yönəlik təhqiramiz ifadələr, yaxud  qeyri-etik hərəkətlər olarsa, bu zaman məsələ müzakirə oluna bilər. Şəxsin efirə hansı formada gəlməsini öncədən müəyyən etmək də insan hüquqları aspektindən doğru olmaz. Bu zaman onu edən şəxsə subyektiv yanaşmış olarsan. İnsanlar var ki, spirt tərkibli hər hansı bir dərman qəbul edə bilər və qıraqdan içkili kimi görünə bilər. Halbuki əslində dərman qəbul edib. Lakin efirdə onun danışığında hansısa söyüş, təhqiramiz ifadələr varsa, kimisə aşağılamaq, hər hansı rəqibini, digər qonaqları yaxud aparıcını təhqir edirsə, bu zaman məsələ mübahisə oluna bilər. Bu baxımdan  MTRŞ-nın yanaşması doğrudur. Efirə qonaq gələn sürücü deyil ki, efirdən əvvəl müayinə olsun. Sürücü spirtli içki qəbul edərsə, hüquqi məsuliyyət daşıyır. 

Sərxoş vəziyyətdə efirə çıxmağın hüquqi məsuliyyəti yoxdur, etik məsuliyyəti var.  Etik  məsuliyyət də insanın özünün etik çərçivələri ilə, yaşadığı mühitlə, mədəniyyəti və cəmiyyətə verdiyi dəyər ilə müəyyən olunur. Bunun hüquqla müəyyən etmək mümkün deyil”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...