Lavrovun Paşinyana \"yox\" deməsinin səbəbi: \"Putinə pul lazımdır...\" - Politoloq

Lavrovun Paşinyana \
 
"Lavrovun bu işlərin mərkəzində olması məni o qədər də "açmır". Çünki Lavrov olan yerdə həmişə Azərbaycan üçün problem olub". 

Sfera.az-ın məlumatına görə, bu sözləri Qaynarinfo-ya politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana silah satılmaması çağırışına "yox" deməsinə münasibətində bildirib. 

Siyasi ekspert Azərbaycana silah satışının Rusiya üçün indiki vəziyyətdə əhəmiyyətindən bəsh edib: "Amma onun son Bakı səfərindən sonra görürəm ki, Lavrova Putin tərəfindən müəyyən əmrlər verilib və o, əvvəl dediklərində də müəyyən düzəlişlər aparıb. Silah satılması məsələsi Rusiya üçün çox əhəmiyyətli razılaşmadır. Çünki Rusiya Azərbaycana silah satmaqla bizdən böyük məbləğdə pul əldə edəcək. Bu məsələyə Paşinyan qarışa bilməz. Çünki hazırda büdcəsi ağır vəziyyətdə olan Putinə pul lazımdır, silahların satılması lazımdır. Ölkənin neftdən sonra ikinci gəlir qaynağı silah satışıdır. Bu satışı həyata keçirməkdə Putin və onun komandası çox maralıdır". 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırış edib. Rusiya XİN-i isə ona cavabında "Hərbi texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq norma və Rusiya və Azərbaycanın qanunlarına uyğun şəkildə inkişaf etdiririk. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk", - deyə bildirib. 

OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...