\"Kurtlar vadisi\" başlayır

\
 
Hamının maraqla gözlədiyi "Kurtlar Vadisi Pusu" ilə bağlı yeni xəbərlər yayılıb. Qaynarinfo.Az xəbər verir ki, Türkiyə mətbuatı serialın başlayacağı vaxtı açıqlayıb.

Amma serial "Kurtlar Vadisi Pusu" adı ilə yox, yeni adla istehsal olunacaq. İddia olunur ki, "Pana Film" serialın "Kurtlar Vadisi Darbe" adlandırılmasına qərar verib.

Məlumata görə, "Kurtlar Vadisi Darbe" 2017-ci ilin yanvar ayından yayıma başlayacaq. Serialın yayımlanacağı kanala gəlincə, bu ya TV8, ya da "Show TV" olacaq.

"Kurtlar Vadisi Darbe"nin əsas mövzusunun 15 iyul çevriliş cəhdindən öncə və sonra yaşananlar, Fətullah Gülənin başçılıq etdiyi FETÖ və PYD kimi qeyri-qanuni quruluşlar olacaq.



OXŞAR XƏBƏRLƏR