“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı

“Kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım” – Fəzail Ağamalı
 

"Heç bir bəhanə gətirməmişəm. Sadəcə İctimai Televiziyada yayımlanan "3D” verilişinin formatı məni qane etməyib. Bu fikrimi orada deyib verilişə qatılmaqdan imtina etmişəm”.

Sfera.az bildirir ki, bu sözləri "Yeni Sabah"a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D” verilişinə qatılmaqdan imtina etməsi barədə danışarkən deyib. 


"3D”yə dəvət olunan Fəzail Ağamalının verilişə qatılmaqdan imtina etdiyini robot aparıcı "Dadaş Dadaşlinski" deyib.

"Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta bura qədər gəldi amma bu divanda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin bura qədər, Fəzail müəllim? Verilişə bir internetdə baxardınız, bir görərdiniz hara dəvət alırnısınız. Başa düşmədim. Ən azından siz deyin, hörmətli sosial şəbəkə istifadəçiləri və televiziya tamaşıçıları, məndən ciddi aparıcı varmı indi teleməkanda?”, - deyə "Dadaşlinski" bildirib.

Fəzail Ağamalının sözlərinə görə, onu "3D”yə verilişin rejissoru dəvət edib:

"Esmira xanım zəng vurub dəvət elədi. Dəvətdən əvvəl verilişə baxıb-baxmadığımı soruşdu. Dedim ki, baxmamışam. Bununla belə, dedi gəlin. Aparıcı barədə məlumatım yox idi. Getdim gördüm ki, aparıcı bir kukladır. Mən də kukla ilə üz-üzə dayanmağı özümə sığışdırmadım və verilişə çıxmaqdan imtina etdim. Dedim bir adam əyləşdirin, nə sualınız varsa, verin. Amma bu kukla ilə üz-üzə oturmaq istəmirəm. Burada hansı bəhanədən söhbət gedə bilər? Mən həmişə mətbuata açıq adam olmuşam”.


Məlumat üçün qeyd edək ki, Fəzail Ağamalının həmkarları Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olub.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDİR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir. ...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...