Keçmiş deputatlığa namizəd azadlığa çıxdı

Keçmiş deputatlığa namizəd azadlığa çıxdı

Dələduzluqda təqsirləndirilən Əli Ağaevli azadlığa çıxıb. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, o, cəza müddəti başa çatdığı üçün saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Ona qarşı 500 min manata yaxın dələduzluq edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Kərimov beş il və Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən hər iki şəxsin cəzası azaldılaraq qəti olaraq hər birinin üzərində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Bildirilib ki, Ə.Ağaevli iş üzrə dəymiş ziyanı tam olaraq ödəyib.

Xatırladaq ki, "Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

O, 2013-cü ildə "Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.


OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...