Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib

Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib
 

 

Kapital Bank, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən "Qələbəyə doğru” kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.


 

Tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

 

Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.

 

Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar. Tədbirdə qalib komandalara AQUPDK və Kapital Bank tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına "Qələbəyə doğru” kuboku təqdim olunub.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...