İstanbuldakı seçki ilə bağlı HEYRƏTAMİZ FAKTLAR

İstanbuldakı seçki ilə bağlı HEYRƏTAMİZ FAKTLAR
Türkiyədə 31 mart bələdiyyə seçkilərində qeydə alınan seçki pozuntuları ilə bağlı səslərin yenidən sayılması prosesi davam edir.
 
Bu barədə Türkiyənin "Yeni Akit” nəşri yazıb.
 
Nəşr Cümhur İttifaqının namizədi Binəli Yıldırımın 13 min 302 səsinin oğurlandığının aşkar edildiyini yazıb.
 
CHP-nin İsranbul millət vəkili Özgür Karabat səs fərqinin 29 min 408-dən 15 min 806-ya düşdüyünü açıqlayıb.
 
Yoxlama aparılan 11 sandıqdan Binəli Yıldırımın lehinə 2 min 59 səs əlavə edilib.
 
Arnavutköy bölgəsində Binəli Yıldırımın lehinə 1949 səs əlavə edilib. Belə ki, AKP-nin etirazlarından sonra Yıldırıma 1221 səs yazılıb, etibarsız səslərin sayılmasından sonra daha 193 səsin Binəli Yıldırımın lehinə olduğu ortaya çıxıb. İmamoğlunun burada 535 səsi silinib.
 
AKP-nin sədr müavini Əli İhsan Yavuz isə İstanbulun Böyükçəkməcə ilçəsində mütəşəkkil seçki pozuntularından danışıb:
 
"Mütəşəkkil seçki pozuntularının olduğu aydın şəkildə görünür. İlçə bələdiyyəsində çalışan bir işçi 28 mart 2017-ci ildə siyahıyaalma idarəsinə göndərilib. Həmin şəxs saxta sənədlərlə bir sıra işlər görüb. Buradan 353 nəfər hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şəxs 7 min 486 nəfərin qeydiyyatında şübhəli işlər görür. 7 min 282 nəfər İstanbuldan və ya ilçədən olmayan şəxs Böyükçəkməcəyə sürüşdürülür. 100 ədəd ünvan dəyişikliyi sənədində şəxslərin imzasının olmadığı müəyyən edilir. Bu şəxs 104 boş sahəyə insanların qeydiyyatını aparır. 36 tikinti, 35 saxta ünvan, 269 yaşayış olmayan, 31 müraciət edilməyən, 129 boş tikinti mənzilində şəxsləri qeydiyyata alır. Bu yollarla 11 min 186 nəfərin qeydiyyatının Böyükçəkməcəyə gətirildiyini müəyyən etdik”.

OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...