İşsizlərə şad xəbər RƏSMİ

İşsizlərə şad xəbər — RƏSMİ
Gələn il yanvarın 1-dən "İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq.

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin KərimliAzərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.


Onun sözlərinə görə, Məşğulluq Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyənləri də cəlb etməklə çox saylı aktiv əmək proqramları həyata keçirməyə imkan verəcək:


"Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.


Nazir müavini əlavə edib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR