Cəmİyyət

İsraildə seçki və SEPAH-ın terrorçu təşkilatı elan olunması - Yaxın Şərqdə yeni dönəm başlayır?

İsraildə seçki və SEPAH-ın terrorçu təşkilatı elan olunması - Yaxın Şərqdə yeni dönəm başlayır?

"Əvvəl ABŞ-da İsrail də belə düşünürdülər ki, Rusiya Suriyada İranı cilovlaya biləcək. Hal-hazırda ABŞ-ın məlumatına görə Suriyada İranın 20 min döyüşçüsü var”.
 
Bu sözləri politoloq Mübariz Əhmədoğlu Donald Trampın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) xarici terrorçu təşkilat qismində tanımasını şərh edərkən qeyd edib.

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. "ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

ABŞ-ın bu addımına İrandan verilən cavab isə özünü çox gözlətməyib. İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrini özünün terrorçu təşkilatları siyahısına daxil edib. Bu barədə "PressTV”nin "Twitter”dəki səhifəsində qeyd olunub. Bundan əvvəl xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salmaq çağırışı olan məktubu Prezident Həsən Ruhaniyə göndərmişdi.

Hadisələrin bu şəkildə inkişafı bölgəyə, ümumilikdə Yaxın Şərqə nə vəd edir?

Mövzu ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: "Əgər İran ABŞ-ın dediklərini - jandarm rolunu oynamaq, Rusiyanın, Türkiyənin əleyhinə getmək, lazım olan halda ABŞ-ın maraqlarına cavab verəcək və nəhayət Çinin əleyhinə getmək ssenarisin qəbul edəcəksə, İran ABŞ-ın istədiyi kimi olacaq və ABŞ İrana qarşı müharibə etməyəcək”.
ABŞ-ın apardığı siyasətin məntiqi nəticəyə çatdığını düşünən politoloq bildirib ki, ABŞ indi növbəti mərhələyə keçdiyini hesab edir:

"Təbii ki, bu artıq müharibənin astanası deməkdir. Əslində ABŞ apardığı siyasəti məntiqi nəticəyə çatdırır. Yəni ABŞ-ın İran üzrə sanksiyalar siyasəti ABŞ üçün effekt verir. ABŞ hesab edir ki, indi növbəti mərhələyə keçmək lazımdır. Əgər İran ABŞ-ın dediklərini - jandarm rolunu oynamaq, Rusiyanın, Türkiyənin əleyhinə getmək, lazım olan halda ABŞ-ın maraqlarına cavab verəcək və nəhayət Çinin əleyhinə getmək ssenarisin qəbul edəcəksə, İran ABŞ-ın istədiyi kimi olacaq və ABŞ İrana qarşı müharibə etməyəcək. Yox əgər İran bu işləri görməsə, ABŞ İrana qarşı müharibə elan edəcək.

Onu da qeyd edim ki, artıq İran ABŞ-ın şərtlərini yerinə yetirir. Hal-hazırda İran Əfqanıstan məsələlərini tamam anti-Rusiya prizmasından izah edir. Həmçinin İran Suriyada çox böyük baş ağrısı yaradır. Rusiyada isə İranın Suriyada apardığı siyasətini başa düşən mütəxəssislər yoxdur. Bundan istifadə edərək İran Bəşər Əsədi qorxudur, Bəşər Əsəd görür ki, Rusiya tərəfədən başa düşülmür, buna görə də Əsəd məcburdur ki, İranın təzyiqləri ilə oynasın. Nəticədə də Rusiyanın Bəşər Əsəddən narazılığı getdikcə artır.

Mübariz Əhmədoğlu: "İran ordusunun Suriyada olan 20 minlik qoşununun ən hazırlıqlı olan 2 mini Qolan təpələri ətrafındadır”.
İran artıq Suriyada Rusiyanı üstələdiyinə görə ABŞ prezidenti Donlad Tramp Qolan təpələri üzərində İsrailin səlahiyyətlərin tanıdı. Əvvəl ABŞ-da İsrail də belə düşünürdülər ki, Rusiya Suriyada İranı cilovlaya biləcək. Hal-hazırda ABŞ-ın məlumatına görə Suriyada İranın 20 min döyüşçüsü var. Bu 20 minlik ordunun ən hazırlıqlı olan 2 mini Qoland təpələri ətrafındadır. Buna görə də ABŞ Qolan təpələri ilə bağlı elə addım atdı.

Bir daha qeyd edim ki, İran ABŞ-ın istədiyi İran olmasa, müharibə qaçılmazdır”.

Həmçinin politoloq bu gün İsraildə keçirilən seçkiləri də  şərh edib.

Xəbər veridyimiz kimi bu gün İsraildə parlament seçkiləri keçirilir. Seçki hüququna malik 6,34 milyon vətəndaşın səsverməsi üçün ölkə ərazisindəki 10720 seçki məntəqəsi səhər saat 07:00-dan etibarən açılıb. Səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək.

Knessetdəki (İsrail parlamenti) 120 yer uğrunda İsrailin ümumilikdə 40 siyasi blok və partiya mübarizə aparır. Lakin aparılan sorğulara əsasən, zəruri olan 3,25%-lik seçki baryerini keçərək parlamentə seçilmə şansına malik partiyaların sayı 10-dan azdır.

Seçkilərin yekun rəsmi nəticəsi elan edildikdən sonra, gələn həftə İsrailin prezidenti Reuven Rivlin parlamentə keçən deputatlardan birinə baş nazir qismində yeni hökumət koalisiyasını formalaşdırmağı tapşıracaq. Bir qayda olaraq, İsraildə baş nazir ən çox mandat qazanan partiyanın rəhbəri olur. Lakin prezident çoxluq qazana bilməyən partiyanın deputatına da bu vəzifəni tapşıra bilər. Bunun üçün o, Knessetdə minimal çoxluğa – 61 yerə nəzarət edən dayanıqlı koalisiya yaratmaq iqtidarında olmalıdır.

Mübariz Əhmədoğlu: "Netanyahunun seçkidə məğlubiyyəti Fələstinlə müharibədə qısa müddətdə pauza yarada bilər”.
İsraildə keçirilən seçkilərin nəticələrinin Yaxın Şərq və Fələstin problemlərinə necə təsir edə biləcək sualımıza cavab olaraq politoloq bildirib ki, İsrail dövləti yarandığı gündən bəlkə də 20 dəfə hakimiyyət dəyişib. Amma İsrailin ərəblərə, Fələstinə, müsəlman dünyasına, qonşularına münasibətində dəyişiklik olmayıb:

"İsrail dövləti yarandığı gündən bəlkə də 20 dəfə hakimiyyət dəyişib. Amma İsrailin ərəblərə, Fələstinə, müsəlman dünyasına, qonşularına münasibətində dəyişiklik olmayıb. Hətta elə vaxt olub ki, Fələstinlə İsrailin rəhbərləri sülhü imzalamağa yaxın olublar, amma İsraildə terror hadisəsi törədilib. Yəni İsraildə kimin seçilməsindən asılı olmayaraq o, 5-6 ay müharibədən əl çəkə bilər.

Hətta İsraildə hakimiyyət dəyişsə belə, yeni seçilən hökümət Netanyahunun siyasətini davam etdirəcək. Yəni Netanyahunun seçkidə məğlubiyyəti Fələstinlə müharibədə qısa müddətdə pauza yarada bilər. Sonra yenə müharibə davam edəcək”.pia.az

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031