Sağlıq

İşıqlar söndü: Reanimasiyada və küveyzdə olan xəstələrin başına nə gəldi? - Nazirlikdən AÇIQLAMA

İşıqlar söndü: Reanimasiyada və küveyzdə olan xəstələrin başına nə gəldi? - Nazirlikdən AÇIQLAMA
Ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) altıncı blokunda baş verən qəza yanğınla nəticələnib. Nəticədə ölkənin bir çox yerlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə nazirliyin tabeçiliyində olan dövlət tibb müəssisələrində heç bir problem yaşanmayıb. Tibb müəssisələri generatorlarla təchiz olunub. Ölkədə yaranan ümumi problem baş verən kimi, generatorlar avtomatik işə düşüb. Bakı və bölgələrdə Təcili Tibbi Yardımın fəaliyyətində də hər hansı bir problem qeydə alınmayıb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
 
Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728