İki ilə 51 kiloqram arıqladı, Britaniya gözəli adına layiq görüldü – FOTO

İki ilə 51 kiloqram arıqladı, Britaniya gözəli adına layiq görüldü – FOTO
 

İngiltərənin Qrimsbi şəhərinin 26 yaşlı sakini Cen Atkin iki ilə 51 kiloqram arıqlayaraq "Miss Böyük Britaniya - 2020” yarışmasının qalibi olub.

Sfera.az xəbər verir ki, Atkin üç il əvvəl çəkisinin 108 kiloqram təşkil etdiyini bildirib.

 

"O zaman bu yarışmanın qalibi olacağımı heç təsəvvürümə də gətirə bilməzdim. Lakin sərf olunan əmək öz bəhrəsini verir”, - deyə Atkin qeyd edib.

Fevralın 21-i Cen Atkin ölkəsinin ən gözəl qadını adına layiq görülüb. Yarışmada çıxış edən qadın qalib gəlmək üçün dayanmadan idmanla məşğul olduğunu və iki ilə 51 kiloqram çəki atdığını bildirib.



OXŞAR XƏBƏRLƏR