Həzm pozulması hansı xəstəliklərdən xəbər verir

Həzm pozulması hansı xəstəliklərdən xəbər verir

Yeməkdən sonra mədədə ağırlıq hissi praktiki olaraq hər müasir insana tanışdır, çox insanlar isə yanaşı olaraq tez-tez ağrı, köp, qarında qurultu, köpün yaranması, qəbizlik və ya ishal kimi başqa xoşagəlməz simptomlarla rastlaşır. Bu vəziyyətlər getdikcə artaraq iştahanın itməsinə, ümumi zəifliyə gətirib çıxardır. Belə halları həkimlər dispepsiya adlandırırlar. Əvvəllər buna "mədə həzmsizliyi" də deyilirdi. Dispepsiya - bir sıra xəstəliklərdən xəbər verir.

Həzm pozulmasının simptomları. Həzm pozulması zamanlı köp, gəyirmə, döş qəfəsinin aşağı hissəsində daimi ağırlıq hissi, mədənin boş olmasına baxmayaraq mədədə ağırlıq hissi, qıcqırma, qarında sancı, göynəmə kimi əlamətlər həm ayrılıqda, həm də kompleks şəkildə müşahidə olunur.

Həzm pozulması ilə bağlı xəstəliklər. 80%-dən çox insan daimi və ya periodik olaraq həzm pozulması ilə rastlaşır. Qidalanma və həyat tərzi burda vacib faktor hesab edilir. Amma həzm pozulmasını törədən ciddi xəstəliklər də az deyil. Bunlara - mədəaltı vəzinin iltihabı olan pankreatit, qida borusunun diskineziyası, xora xəstəliyi, mədə-bağırsaq yolunda aparılan əməliyyatlar, öd daşı xəstəliyi, lyamblioz, nazik bağırsağın iltihabi xəstəlikləri, qlüten və laktoza dözümsüzlüyü, mukovissidoz (ağır patologiya olub xüsusi fermentlərin olmaması nəticəsində bağırsaq keçməməzliyinə gətirib çıxardır), onkoloji xəstəliklər, mədə sekresiyasının pozulması  aiddir. Həzm pozulması zamanı ferment preparatlarının qəbulu vacibdir, belə ki, dispepsiya həzm fermentlərinin kəskin çatışmazlığı zamanı baş verir. Paralel olaraq həzm pozulmasını törədən xəstəliyi də müalicə etmək lazımdır.

Qidalanma qaydaları. Yalnız təzə qidalar, bişməmiş tərəvəzlərdən istifadə olunduqda həzm prosesisi qaydasında olacaq. Zəngin və tam balanslaşdırılmış qidalardan istifadə etmək lazımdır. Qida məhsullarını çüşidli, monopəhrizdən qaçmaq lazımdır. Mövsümə uyğun qidalanmaq zəruridir: isti vaxtlarda meyvə və tərəvəzlər, soyuqda isə daha çox zülal və yağ tərkibli qidalara üstünlük vermək. Yeməyi tam çeynəyərək, mədəni tam doldurmamaq. Düzgün balanslaşdırılmış qidalanma nəinki sağlam həzm traktına, həm də sağlam orqanizmə sahib olmağın effektiv yoludur.


OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...