Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü
 

Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.

Sfera.az xəbər verir, hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Güləliyeva noyabrın 5-də "Turan” agentliyinə belə deyib.

"Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, - deyəF.Güləliyeva  həyat yoldaşı qeyd edib.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev "City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, koma vəziyyətindədir.

Oqtay Gülalıyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır. (unikal.org)


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...