Cəmİyyət

Hamıya it hürər, bizə də çaqqal... TƏRS BAXIŞ+FOTO

Hamıya it hürər, bizə də çaqqal... TƏRS BAXIŞ+FOTO
Yaxud, "Aslan” ola bilməyən Allahverdi İsmayılov haqqında qara "esse”

Belə bir el deyimi var, hamıya it hürər, bizə də çaqqal...İndiki dövrdə hürənlər çoxdur. Götürək elə özünə "Aslan” adı götürən Allahverdini – bu gün özünü ictimai rəyə Aslan İsmayılov kimi təqdim edən, vaxtilə SSRİ prokurorluğunda çalışan, Sumqayıt hadisələrində ittiham edilən azərbaycanlılara ölüm hökmü istəyən ittihamçı MİLLƏT XAİNİ. O, bu gün də keçi qılından fərqlənməyən "incə” boynunun ardında onların ağır haqlarını daşımaqdadır.

"Aslanın” ÇAQQALA dönmək faktı

Ümumiyyətlə, bir adam ki, atasının, anasının ona qoyduğu addan imtina edə, demək ki, o nə zamansa öz soyundan, nəslindən də imtina etmək "gücünü” də özündə tapar. Belə "adamlara” nankor, xain, satqın, əqidəsiz, ləyaqətsiz və əlbəttə ki, soyundan imtina edən bişərəf (!) də deyilir. İnanmayan, aşağıdakı şəkillərə bir daha baxa və bundan nəticə çıxara bilər.

Lakin özünə "Aslan” adı qoyan Allahverdi İsmayılov həyatda yuxarıda qeyd etdiyimiz ifadələrin hər birinə nail olmağı bacarsa da, yalnızca gerçək Aslana dönə bilmədi. Əksinə, döndü oldu ÇAQQAL və...

...Və indi də özü barədə mətbuatda, elə götürək "SƏS” qəzetində gedən reallıqları inkar edərək, bu yazının əvvəlindəki el məsəli kimi, başlayıb hürməyə. Kimlərəsə itlər hürür, bizə də çaqqal..! Özü də çaqqalların hürməsi çox ətürpədici olur, ətürpədici və iyrənc..!

"Aslan” İsmayılov unudur ki, gerçək qələm sahibləri ilə çiling-ağac oynamaq onluq deyil!

Nə isə, keçək məsələnin əsas məğzinə. Məğz isə budur ki, bu gün söz və ifadə azadlığından danışan, üzr istəyirəm, hürən (!!!) çaqqal hansısa səbəbdən, jurnalistikada onun barəsində işıqlandırılan yazılardan hürkür və dərhal öz trollarını çaqqal sürüsütək hücum etdirir yazı müəlliflərin üzərinə. Həqiqət acı olar deyiblər. Onun barəsində ictimailəşdirilən həqiqətlərə normal, sivil şəkildə cavab tapa bilməyən ÇAQQAL, yenə də üzr istəyirəm, "Aslan” İsmayılov unudur ki, gerçək qələm sahibləri ilə çiling-ağac oynamaq onluq deyil. Yəni lazım gələrsə, həmin qələmlərin perosundan ona qarşı ömründə eşitmədiyi ifadələr şığıyar və nəticədə o, dəfələrlə qapılar arasında qalmış yoluq quyruğunu bu dəfə ayaqları arasına qısıb bir güncə, dalana sıxılar, üstəlik "piş-piş” edib özünü də batırar.

Özünə "kişi” adı qoyanın ayağısürüşkənliyi bar fahişələrinin ayağısürüşkənliyindən daha betər olur

Biz, uzun illərin jurnalistləri olaraq, "Aslan” İsmayılovun, yəni Allahverdinin ingilis bayrağı kimi sağa-sola əsməsini dəfələrlə şahidləri olmuşuq. Beləsinə həm də AYAĞISÜRÜŞKƏN deyərlər. Özünə "kişi” adı qoyanın ayağısürüşkənliyi isə bar fahişələrinin ayağısürüşkənliyindən daha betər olur. Hətta elə betər olur ki, Allah göstərməsin...Amma göstərdi, özü də "Aslan” İsmayılovun timsalında.

Maraqlı cəhətlərdən daha birini də göstərə bilərik. Bir "adam” ki, ALLAH adından imtina edib, bunu gələcək karyerasına görə - hüquq mühafizə orqanlarında işləmək, bol-bol rüşvət almaq, korrupsiya əməllərində canfəşanlıq etmək üçün "aslanlaşdırırsa” bax, həmin ALLAH da gec, ya da tez onun belini qıracaq. Özü də elə qıracaq ki, gəl görəsən...sia.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031