Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.   Sfera.az xəbər verir ki, bu bar...

Tovuzda 3 nəfər dəm qazından zəhərlədi - biri öldü

Tovuzda bədbəxt hadisə baş verib.   Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvə...

Mahsun Kırmızıgüldən hər kəsi duyğulandıran görüntülər - VİDEO

Türkiyəli müğənni Mahsun Kırmızıgülün görüntüləri diqqət çəkib.   Sfera.az bildirir ki, müğənni Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-may...

DİN valideynlərə müraciət ETDİ - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) uşaqların kibertəhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.   Sfera.az xəbər verir ki, bu müraciət videoçarx for...

İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü başlayıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Preziden...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, T.Əhmə...