Hacıbala Abutalıbov generalla birlikdə məşhur 26 Lounge restoranını sökdürdü (FOTO)

Hacıbala Abutalıbov generalla birlikdə məşhur 26 Lounge restoranını sökdürdü (FOTO)

 Bakının mərkəzində "26-lar" adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

BAKU.WS xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Trend-ə deyib.

H.Abutalıbov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26-lar adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avakyanın sümükləri tapılmamışdı:

"Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26-lar" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

İcra başçısı əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq: "Məsələyə hüquqi qiymət veriləcək".

Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.
Sfera.az





























DİGƏR XƏBƏRLƏR