Dünya

Gürcüstan parlamentinin deputatı mandatından imtina edib

Gürcüstan parlamentinin deputatı mandatından imtina edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatı Zakaria Kutsnaşvili mandatının vaxtından əvvəl dayandırılması ilə bağlı parlament sədri Arçil Talakvadzeyə müraciət edib. Bu barədə parlament üzvü özü məlumat yayıb.

 

Deputat səlahiyyətlərinin dayandırılması proseduruna əsasən, qanunverici orqanın Prosedur məsələləri üzrə komitəsi hesabat hazırlayacaq və növbədənkənar iclas formatında parlament üzvünün səlahiyyətlərini dayandıracaq.

 

Qeyd edək ki, Z.Kutsnaşvili Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar qaydad seçilmiş deputatdır. O, Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub. Deputat Gürcüstanda böyük etirazlara səbəb olan PPA-nın Tbilisidə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub. (Report)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930