Günün qoroskopu: o qədər də əlverişli gün deyil

Günün qoroskopu: o qədər də əlverişli gün deyil
Qoç - Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Bir çox Qoçlar evlilik təklifləri alacaqlar. Çətin vəziyyətlərdə diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən küsəyən adamlar da sizdən narazı qalmayacaqlar.

Buğa - əlverişsiz gündür. İşlər pis gedəcək. Mənfi tendensiyaların təsirinin öhdəsindən gəlməyin bir yolu var: dərhal həyatınızı dəyişməyə başlamaq. Dəyişikliklər nə qədər köklü olsa, o qədər yaxşıdır.

Əkizlər - özünüzü qoruyun: ciddi nasazlıqlar, qida zəhərlənməsi, zədə təhlükəsi var. Yaxınlarınızda münaqişələrdən qaçmağa çalışın, münasibətlərin aydınlaşdırılmasını daha sakit vaxta saxlayın. İri bazarlıqlar etmək tövsiyə olunmur. Gün hədiyyə seçimi üçün münasib deyil.

Xərçəng - o qədər də əlverişli gün deyil. Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o dəqiqə barışmaq istəməyəcəksiniz. Əksər Xərçəngləri dünyanın ədalətsizliyi hiddətləndirəcək. Bu gün üçün qurduğunuz planlar, çətin ki, həyata keçsin.

Şir - Şirlər bu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan uzaq nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla münasibətlərdə çətinliyi özləri yaradacaqlar.

Qız - tənha Qızlara sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə əsəbləşəcəklər. Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr baxımından təhlükəli gündür.

Tərəzi - borc vermək və çətin maliyə məsələlərini həll etmək tövsiyə olunmur. Ümumiyyətlə, bu gün ciddi məsələlər barədə başqalarının düşünməsi, sizin isə boş şeylərlə məşğul olmağınız ən yaxşısıdır. Xanım Tərəzilər yeni romanın başlanmasına ümid edə bilərlər.

Əqrəb - əlverişsiz tendensiyaların təsiri hiss olunsa da, çox pis gün deyil. Verdiyiniz vədlərə əməl etməyə və öhdəliklərinizi yerinə yetirməyə can atmağınız təqdirəlayiqdir. Şəxsi intizam çox faydalı olacaq.

Oxatan - yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə çalışın.

Oğlaq - əlverişsiz gündür. Taledən hədiyyə, ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu, yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin olacaq.

Dolça - günün müsbət tərəfləri var. Yaradıcılıq potensialı yüksəkdir və çoxlu yaxşı ideyalar yaranacaq. Maraqlı təklif və dəvətlər almağınız mümkündür. Gün böyük səyahətə başlamaq üçün münasibdir.

Balıqlar - mənfi tendensiyaların təsiri hələ də güclüdür. Bu dəfə onlar sizi hər şeydən şübhələnməyə, qısqanclığa vadar edəcəklər. Əlbəttə, istənilən informasiyanı yoxlamağa can atmaq təqdirəlayiqdir. Amma bu gün o, absurd həddinə çatacaq.milli.az

OXŞAR XƏBƏRLƏR

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...