Fransada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı azalıb - RƏSMİ
17:50 / 03.12.2018
3218
Fransada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı 2017-ci ildə 2016-cı il ilə müqayisədə azalıb.
Fransa Daxili İşlər Nazirliyindən "Report"un Qərbi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə bu ölkədə 116, 2016-cı ildə isə 166 Azərbaycan vətəndaşına sığıanacaq verilib.
Fransadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 2017-ci ildə əvvəlki ilə nisbətən artıb. Belə ki, 2016-cı ildə 261, 2017-ci ildə isə 335 Azərbaycan vətəndaşı Fransada sığınacaq üçün müraciət edib. Beləliklə, müraciət edənlərin 2016-cı ildə63,6 faizinə, 2017-ci ildə isə cəmi 34,6 faizinə sığınacaq verilib.