Fransada koronavirus xəstələrinin sayı azalır

Fransada koronavirus xəstələrinin sayı azalır
 Fransada koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalarda müalicə edilənlərin sayında azalma müşahidə edilir.
 
Sfera.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Rəsmi məlumatda deyilir ki, "hazırda ölkənin xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 16 798 nəfər (bir həftə öncə bu rəqəm 19 015 təşkil edirdi - red) müalicə edilir".

Son 24 saat ərzində xəstəxanalara COVID-19 diaqnozu ilə daha 342 pasiyent daxil olub.

Hazırda tibb müəssisələrinin reanimasiya şöbələrində 1 609 xəstə (bir həftə öncə bu rəqəm 1 998 təşkil edirdi - red) müalisə olunur. Son sutkada reanimasiya şöbələrinə 45 pasiyent daxil olub. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı bazar günü ilə müqayisədə 46 nəfər azalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...