Hadİsə

FHN Xəzərdə iki nəfərin meyitinin tapılması barədə məlumat yaydı

FHN Xəzərdə iki nəfərin meyitinin tapılması barədə məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

Sfera.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031