Faiq Ağayev qəzəbləndi – “Ziyalılar susur, millət vəkilləri susur...”

Faiq Ağayev qəzəbləndi – “Ziyalılar susur, millət vəkilləri susur...”
"Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyyəsizliyə qarşı ictimai qınağın olmamasıdır”.

Sfera.az xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev deyib.
 
Xalq artisti yazıçı Çingiz Abdullayevin kitablarının yandırılmasına kəskin etirazını bildirib:

"Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din xadimləri, dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı? Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümünəsindən? Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki. "Əşşi, nə işimə?" deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş edək?”.

Faiq Ağayev qeyd edib ki, Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir:

"Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücüm və cinayətdir. Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq, gec olacaq artıq. Gücümüz - birlikdədir”.


Mənsur Rəğbətoğlu

 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...