“Expressbank”da yeni təyinatlar gerçəkləşdi

“Expressbank”da yeni təyinatlar gerçəkləşdi
 "Expressbank” ASC-nin Audit Komitəsi və Daxili Audit Departamentinin tərkibində dəyişiklik edilmişdir

Sfera.az bildirir ki, bu barədə banker.az-a Bankdan məlumat verilib.

Müşahidə Şurasının müvafiq qərarına əsasən, Daxili Audit Departmentinin direktoru Rüfət Nağıyev Audit Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir, departamentin şöbə müdiri Elsevən Səfərov və aparıcı auditoru Esmira Məmmədova isə Audit Komitəsinin üzvləri vəzifələrinə təyin olunublar.
Daxili Audit Departamentinin direktor müavini Elçin Mehraliyev Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında müvafiq attestasiyadan keçərək, müsbət rəy almış və həmin departamentin direktoru vəzifəsinə təyin edilmişdir.

OXŞAR XƏBƏRLƏR