Expressbank 2020-ci ilin ilk rübünü mənfəətlə başa vurdu

Expressbank 2020-ci ilin ilk rübünü mənfəətlə başa vurdu
 

Ölkəmizin ilk kommersiya banklarından biri olan Expressbank 2020–ci ilin ilk rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın xalis mənfəəti 4.4 dəfə artaraq 5.9 milyon manat təşkil etmişdir.

2020-ci ilin I rübün göstəricilərinə əsasən Expressbank ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri də yüksək səviyyədə yerinə yetirmişdir. Belə ki, 31 mart 2020-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 38%, məcmu kapital adekvatlığı 40.8%, leverec əmsalı isə 29 % təşkil etmişdir. Yəni hesabat dövrünü, bankın tutulmalarından sonra I dərəcəli kapitalı 107.8 milyon manat, məcmu kapitalı isə 116.8 milyon manat ilə başa vurmuşdur. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.

Sərfəli kredit tarifləri və müştəri gözləntilərinə çevik yanaşma hüquqi şəxslərin banka olan etimadını da artırıb. Belə ki, biznes sahəsinə ayrılan kreditlər üzrə 7% artım müşahidə edilir. Biznes kreditlərində müşahidə olunan xüsusi artım bankın ölkəmizdə biznes sektorunun inkişafına olan dəstəyinin göstəricisidir.

Bankın uğurları bununla da bitmir. Belə ki, cari ilin ilk rübünün nəticələrinə görə plastik kartların sayında ötən ilin sonuncu rübü ilə müqayisədə 36% artım müşahidə edilib. Kartlarla ödənişlərin 49.5% təmassız qaydada həyata keçirilmişdir.  Bu göstəricilər bankın nağdsız ödənişlərin təşviqatına dəstəyini əks etdirir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...