Ermənistan TƏSLİM OLDU: Azərbaycan nə vaxtsa Dağlıq Qarabağın... – SENSASİON ETİRAF

Ermənistan TƏSLİM OLDU: Azərbaycan nə vaxtsa Dağlıq Qarabağın... – SENSASİON ETİRAF
"Düzünü desək, mən təsəvür etmirəm ki, Azərbaycan nə vaxtsa bununla razılaşacaq”.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişdirilməsi və Xankəndindəki qondarma rejiminin də danışıqlarda tərəf kimi iştirakına ilə bağlı Nikol Paşinyan hökumətinin cəhdini şərh edən qondarma "DQR”ın "deputatı” Ayk Xanumyan bildirib.

Onun sözlərinəgörə, bu gün tərəflər həllin hansısa bir variantından kifayət qədər uzaqdır.

"Mən hesab edirəm ki, Azərbaycan Artsaxın (Dağlıq Qarabağ –red.) danışıqlarda iştirakına heç vaxt razılaşmayacaq. Məsələnin həlli danışıqlar yolu ilə mövcud deyil, çünki, üç tərəfin (Xanumyam burada Azərbaycan və Ermənistandan başqa, Xankəndidəki qondarma rejimi də nəzərdə tutur –red.) mövqeləri kifayət qədər uzaqdır. Belə şərtlərdə məsələnin danışıqlar yolu ilə həlli ola bilməz”.

Qeyd edək ki, Nikol Paşinyan hökuməti danışıqlar formatının dəyişdirilməsinə, Xankəndindəki qondarma rejiminin də danışıqlarda tərəf kimi iştirakına cəhd göstərir. Lakin Minsk Qrupunun həmsədrlərinin son bəyanatında bunun mümkün olmadığı bildirildi və İrəvanın cəhdlərinin üstündən xətt çəkildi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də VII Qlobal Bakı Forumunda çıxışı zamanı İrəvanın münaqişənin həlli üzrə hazırkı danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə cavab verib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhd etməsi qəbuledilməzdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: "Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.Publika

OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...