Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”

Ekspert: “Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir”
 "Azərbaycan son illərdə ordu quruculuğunda bir sıra ciddi uğurlara imza atıb".

Bunu "Report"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, hərbi sahədə ən böyük uğurlardan biri hərbi qulluqçuların sosial problemlərinin həll olunmasıdır.

Ekspert vurğulayıb ki, bununla yanaşı bu ay yeni tikilən bir neçə hərbi hissə istifadəyə verildi: "Orada şəxsi heyət üçün yaradılan yüksək şəraiti gördük. Bu proses illər əvvəl başlayıb və hazırda da davam etdirilir. Ali Baş Komandanın göstəriş və tapşırıqlarına əsasən, ordu üçün çox saylı müasir hərbi texnika, silah-sursat və digər ləvazimatlar alınır, təchizat yaxşılaşdırılır. Bütün bunlar Azərbaycan Ordusunu daim yüksək döyüş qabiliyyətində saxlamaq üçün edilir və qarşıya qoyulan məqsədləri qüsursuz yerinə yetirmək üçündür. Yaddan çıxarmaq olmaz ki, yaxın illərə qədər Azərbaycan Ordusunda sovetdən qalma və istifadəyə yararsız texnikalar var idi. Bu texnikalar ya istifadədən çıxarıldı, ya da Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə modernləşdirildi. Bu da sözsüz ki, ordunun güclənməsi, müasirləşməsi və bütün taprışıqları yüksək səviyyədə yerinə yetirməsinə imkan yaratdı. Bu gün bizim ordumuz hərbisi güclü olan dövlətlər sırasındadır. Artıq həmin dövlətlər bizim gücümüzü qəbul etməyə məcburdur. Çünki biz təchizat gücümüzü beynəlxalq sərgilərdə, tədbirlərdə göstəririk".

A.Əbilovun fikrincə, orduda vətənpərvərlik amilinin gücləndirilməsi vacibdir: "Çünki vətənpərvər olmayan əsgər hər vaxt öz komandiri üçün problem mənbəyidir. Bu gün ordu üçün stimul yaradacaq bir sıra hərb təmayüllü qruplar, təşkilatlar, qurumlar var. Biz ötən il "ASAN Xidmət”in könüllüləri ilə "Hərbiyyə" hərbi-təlim oyunlarının keçirilməsinin şahidi olduq. Belə layihələr çoxdur və düşünürəm ki, pandemiyadan sonra da davam etdirilsə, sabahın əsgərinin vətənpərvər olmasına təsirsiz ötüşməyəcək". 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...