“Əgər belə gedərsə, xəstəliyin geniş vüsət alması qaçılmaz olacaq” - İlham Əliyev

“Əgər belə gedərsə, xəstəliyin geniş vüsət alması qaçılmaz olacaq” - İlham Əliyev
 

"Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib:

"Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsus ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılan addımlara baxmayaraq, dinamika artır və bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir”.

Prezident bildirib ki, Azərbaycan dövləti bu koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə ölkədə vəziyyət daha əlverişlidir:

"Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq”.


OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...