Texnologİya

Dünyanı heyrətləndirən türk qadını - Fotolar

Dünyanı heyrətləndirən türk qadını - Fotolar
O, Türkiyənin, ümumilikdə türk dünyasının simvolu olan bir qadındır. Söhbət öz uğurlu kariyerası ilə bütün dünyada tanınan, məşhur alim,  professor Dilhan Әryurtdan gedir.
 
O, NASA-da işlәyәn ilk türk qadın alimi adına layiq görülüb.
 
Atası Dənizli Millət vəkili Abidin Ege olan  Dilhan xanım  29 Noyabr 1926-cı ildə İzmirdə anadan olub. Dilhan Әryurt orta məktəb illərində riyaziyyata xüsusi maraq göstərirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetinin , Yüksək Riyaziyyat və Astronomiya şöbəsinə daxil olur. Universitetini bitirdikdən sonra Ankara Universitetinin Astronomiya şöbəsinə təyinat alır.  Bir müddət Dr. Tevfik Oktay Kabakçıoğlunun köməkçisi  kimi çalışır.
 
Dilhan Әryurt 1959-cu ildә aldığı tәqaüdlә iki illiyinә Kanadaya gedir. Daha sonra National Academy of Sciences tәqaüdünü alaraq NASA-nın Goddard tәdqiqat institutunda işlәmәyә başlayır vә  burada Günəş sistemi ilә bağlı araşdırmalar aparır.
 
Onun adı tarixә ‘‘Günәşә hökm edәn qadın’’ olaraq düşür. Dilhan Әryurt 1969-cu ildә Aya eniş layihәsinә verdiyi töhfәlәrә görә NASA-nın  Apollo Uğur Mükafatına layiq görülür.
 
Bütün dünyada ən cəsur qadın kimi tanınan  Dilhan Әryurt 2012-ci ilin sentyabrın 13-də 86 yaşında dünyasını dəyişdi.
 
Qoşqar Salmanlı








XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031