Dünya “Artsax TV” kanalına baxır - Qarşısı alınmalıdır

Dünya “Artsax TV” kanalına baxır - Qarşısı alınmalıdır

"İntelsat 33” peyk operatoru Dağlıq Qarabağdakı qondarma rejimin "Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. Belə ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

Qeyd edək ki, "İntelsat 33” peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Mövzu ilə bağlı olaraq danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib ki, bu xoşagələn hal deyil:

"Hesab edirəm ki, bizim müvafiq orqanlar bununla bağlı olaraq addımlar ataraq, müəyyən nəticələr əldə edə bilərlər. Peyk yayımının beynəlxalq qaydaları var və bu peyklər bəlli ölkələrə, yaxud da hansısa beynəlxalq qurumlara məxsus olurlar.

Bizim aidiyyəti qurumlar "İntelsat 33” peyk operatorun hansı ölkəyə və ya hansısa beynəlxalq quruma aid olmasını müəyyənləşdirməli, bununla bağlı etirazlarını bildirməli, rəsmi müraciət etməlidirlər. Bundan qabaq da belə hadisələr yaşanıb, ölkənin əleyhinə müxtəlif yayımlar olub və bununla bağlı müəyyən addımlar atıldıqdan sonra bunun qarşısı alınıb”.

Ekspert həmçinin əlavə edib ki, Xarici İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası həm hökumət, həm də aidiyyəti qurum kimi müraciət etməli, bunun qarşısını almaq üçün çalışmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova isə açıqlamasında bu mövzu ilə bağlı bir neçə sualların daxil olmasını və cavab veriləcəyini qeyd edib.

Qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi və Milli Televiziya və Radio Şurası ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Ümid edirik ki, qondarma rejimin yayımı davam edən telekanalı ilə bağlı olaraq müvafiq orqanlar mövqelərini yaxın günlərdə bildirəcəklər.

Cebhe.info



OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...